İQTİSADİYYAT


İnflyasiyanın hədəf çərçivəsində saxlanılması müzakirə edilib

Bakı, 18 noyabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi Qrupunun növbəti iclası keçirilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar olaraq onlayn “Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin “Ekvita” şirkətinin, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin, İqtisadi Təşəbbüslərə Yardım və Spektr Sosial-İqtisadi Araşdırmalar və İnkişaf ictimai birliklərinin təmsilçiləri iştirak ediblər. İclasda İşçi Qrupunun 2021-ci il üzrə fəaliyyət planı çərçivəsində ilin ilk 10 ayı ərzində görülmüş işlər müzakirə edilib, fəaliyyət planının tam icrasına nail olmaq üçün il sonuna qədər görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub. İclasda, həmçinin İşçi Qrupunun 2022-ci il üzrə fəaliyyət planının ilkin layihəsi müzakirə edilib, iclas iştirakçılarının təkliflərinin nəzərə alınaraq layihənin təkmilləşdirilməsi qərara alınıb. Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində iclas iştirakçıları tərəfindən ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində irəli sürülmüş təkliflərin nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.