ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edir

Bakı, 7 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutu cari ildə bir sıra beynəlxalq təşkilatlar və 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyası ilə əməkdaşlıq əlaqələri daha da genişlənib. İnstitut Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, elm və təhsil üçün regional telekommunikasiya şəbəkəsinin (EaPConnect) inkişaf etdirilməsində də fəal iştirak edib. Qurum “Horizon-2020” proqramı çərçivəsində 40 ölkənin elm və tədqiqat şəbəkələrinin iştirak etdiyi “GN4-3” layihəsinə qoşulub. GEANT Assosiasiyasının bu layihəsi elmi-praktik xidmətlərin dəstəklənməsi və tələblərə uyğun olaraq yeni xidmətlərin yaradılması üçün 500-ə yaxın mütəxəssisin çalışdığı bir layihədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.