ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu alimlərinin məqaləsi beynəlxalq elmi bazaya daxil edilib

Bakı, 13 fevral, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları “Giriş arakəsmələrinin çəki optimallaşdırılması ilə konsensus klasterləşmə” (Consensus clustering by weight optimization of input partitions) mövzusunda məruzəsi “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları”nda dərc olunub. Məruzə Bakıda keçirilmiş “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfransda dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları” toplusu “IEEE Xplore” kimi nüfuzlu elmi bazada indeksləşib və referatlaşıb.

Məqalədə təklif edilən alqoritm müxtəlif məsafə metrikaları (Evklid, Minkovski, kvadratik Evklid, kosinus və Çebışev) əsasında müxtəlif ölçülü məlumat bazaları üzərində eksperimental üsulla qiymətləndirilib. Eksperimentin nəticələri göstərir ki, təklif olunan yanaşma ansambla daxil olan klasterləşmə metodlarının hər birindən effektivdir, daha doğrusu yüksək dəqiqlik nümayiş etdirir. Metodların effektivliyini qiymətləndirmək üçün bir neçə qiymətləndirmə metrikasından istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.