ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 16 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir, xüsusilə də Avropa ölkələrinin qabaqcıl elm mərkəzləri, tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “AzScienceNet” elm-kompüter şəbəkəsi Azərbaycanın elm və təhsilinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır. “AzScienceNet” 2015-ci ildə GEANT Assosiasiyasında elm və təhsil şəbəkələri üzrə milli operator statusunda üzvlüyə qəbul olunub və bununla da, ölkənin bir sıra elm və təhsil qurumları Avropa elm və təhsil ictimaiyyətinə inteqrasiya imkanı əldə edib.

Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşularaq Avropa ilə əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq bütün istiqamətlər üzrə, o cümlədən informasiya cəmiyyəti və elektron elm quruculuğu sahəsində böyük əhəmiyyət kəsb edir.

İnformasiya Texnologiyaları İnstitutu Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EaPConnect” layihəsində Azərbaycanı təmsil edir.

İnformasiya Texnologiyaları İnstitutu ötən il Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Avstraliya Milli Universiteti, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti kimi bir çox xarici nüfuzlu elmi qurumlarla əməkdaşlıq edib, birgə layihələr həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.