ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq konfransın elmi komitəsində təmsil olunur

Bakı, 9 fevral, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda avqustun 26-dan 30-dək “Qabaqcıl texnologiyalar üzrə 8-ci beynəlxalq konfrans” (International Conference of Advances Technology – ICAT 2019) keçiriləcək.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova ölkəmizi bu konfransın elmi komitəsində təmsil edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi biotibbi mühəndislik, kompüter, elektronika, mexanika, mexatronika, metallurgiya və materiallar mühəndisliyi istiqamətləri üzrə dünya universitetləri və elmi təşkilatlar arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübənin və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri ilə elmi nailiyyətlərin əldə olunmasıdır.

Konfransda kompüter mühəndisliyi istiqaməti üzrə süni intellekt, verilənlərin emalı və təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, paralel proqramlaşdırma, risklərin idarə olunması, biliyin təhlükəsizliyi, proqramlaşdırma ilə bağlı qabaqcıl texnologiyalara dair tədqiqatlara xüsusi diqqət ayrılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.