ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

Bakı, 5 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “İnformasiya iqtisadiyyatının davamlı inkişafında yaşıl texnologiyaların tətbiqi problemləri və həlli istiqamətləri” (Applied Problems and Directions of Decisions of Green Technologies in Sustainable Development of Information Economics) elmi məqaləsi “European Journal of Sustainable Development” beynəlxalq jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə qloballaşma və inteqrasiya şəraitində yaşıl iqtisadiyyatın formalaşdırılması zərurəti və ona keçidin səbəbləri şərh olunub, sənaye, postsənaye, həmçinin informasiya və biliyə əsaslanan iqtisadiyyatın yaşıllaşdırılması problemləri müəyyənləşdirilib. Bununla yanaşı, müvafiq iqtisadiyyatın davamlı inkişafında yaşıllaşdırma mərhələsi və vasitələri, yaşıllaşdırma prosesinin iqtisadi inkişafdakı funksiyaları təqdim olunub.

Yaşıl iqtisadiyyatın formalaşması üzrə beynəlxalq və regional vəziyyət təhlil olunaraq, iqtisadiyyatın davamlı inkişafında yaşıllaşdırma səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif göstəricilər və indekslər təklif edilib, bu sahədə İKT-nin əhəmiyyəti əsaslandırılıb. Yeni tipli informasiya iqtisadiyyatının yaşıllaşdırılmasında İKT-nin tətbiqi vasitələri, istiqamətləri, problemləri və həll istiqamətləri göstərilib.

Xatırladaq ki, “European Journal of Sustainable Development” jurnalı “British Library”, “Directory of Open Access Scholarly Resources-ROAD”, “EBSCOhost Publishing”, “Index Copernicus International”, “Google Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.