ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda “Alephino” kitabxana idarəetmə sistemi tətbiq edilir
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən Elektron Kitabxana Mərkəzində Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə edilən “Exlibris” şirkətinin “Alephino” kitabxana idarəetmə sistemi tətbiq olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sistemin tətbiq edilməsində məqsəd resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin göstərilməsi, müxtəlif tərkibli hesabatların hazırlanmasıdır. Ən müasir texnologiyalarla təchiz edilmiş kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti üçün 3M texnologiyası da quraşdırılıb.