ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatların nəticələri nüfuzlu elmi jurnallarda çap olunub
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda informasiya cəmiyyətinin müxtəlif aspektləri üzrə tədqiqatlar davam etdirilir.
İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu ilin 6 ayında elm və təhsilin inteqrasiyasında İKT-nin rolu və perspektivləri, informasiya təhlükəsizliyinin multidistiplinar elmi-nəzəri problemləri, biliklər iqtisadiyyatının seqmenti kimi dil sənayesinin formalaşması araşdırılıb. Hazırda informasiya müharibəsi texnologiyaları və yeni medianın formalaşması problemləri istiqamətlərində elmi tədqiqatlar aparılır. Həmçinin Viki-Mərkəzdə elmi-tədqiqat, tədris, kontent təminatı, monitorinq, təbliğat-təşviqat işləri davam etdirilir.
Aparılan elmi-tədqiqat işlərinin nəticələri bir sıra beynəlxalq və respublika səviyyəli nüfuzlu elmi jurnallarda çap olunub.