ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda bu ilin fəaliyyət istiqamətləri müzakirə olunub
Bakı, 27 yanvar, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2020-ci il üçün fəaliyyət istiqamətləri müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun elmi-innovasiya və elmi-təşkilati fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlarda söz açıb. Alim bildirib ki, hər il olduğu kimi, cari ildə də aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli jurnallarda çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulub.
Rasim Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunmasının vacibliyindən danışıb, yüksək peşəkarlığa malik kadrlar yetişdirilməsinin zəruriliyini qeyd edib.