ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 1 iddiaçı iştirak edib.

İmtahan komissiyanın sədri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.