ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda elmi-tədqiqat layihəsi çərçivəsində 16 məqalə və 3 tezis hazırlanıb

Bakı, 18 fevral, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi üzrə görülmüş işlərin müzakirəsinə həsr olunmuş hesabat xarakterli toplantı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, toplantıda layihə iştirakçıları ötən müddət ərzində apardıqları tədqiqatlar, əldə etdikləri nəticələr haqqında məlumat veriblər. Qeyd edilib ki, layihənin icra edildiyi 5 ay müddətində 16 məqalə və 3 tezis hazırlanıb, onlardan 10-u artıq nəşr olunub, digərləri isə çap və ya rəy prosesindədir. Məqalələrin dərc olunduğu jurnalların bir çoxu “Web of Science”, “Scopus” və digər nüfuzlu elmi bazalarda indeksləşir.

Tədbirdə, həmçinin növbəti mərhələdə görüləcək işlər, layihə iştirakçılarının hər birinin qarşısında duran vəzifələr müzakirə edilib. İnstitutun direktoru, akademik Rasim Əliquliyev hesabat dövründə görülən işləri, əldə edilən nəticələri qənaətbəxş hesab edib və növbəti mərhələdə qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini səsləndirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.