ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda strateji yol xəritəsindən irəli gələn vəzifələrlə bağlı müzakirələr aparılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) qarşısına bir sıra vəzifələr qoyulub.

Bununla bağlı İTİ-nin elmi şurasının iclasında müzakirələr aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktorun texnologiyalar üzrə müavini Rəşid Ələkbərov informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisində çatışmazlıqların aradan qaldırılması və müvafiq təkliflərin işlənməsi, İKT ixtisası üzrə tədris proqramı ilə bağlı tədbirlərdən danışıb.

R.Ələkbərov İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadə prioriteti üzrə həyata keçirilən işlər haqqında da məlumat verib. Alim İKT bilik və bacarıqların təmin edilməsi üçün rəqəmsal təhsilin inkişafı üzrə islahatların aparılması, təkmilləşdirmə kurslarının təşkili, bilik və bacarıqların qiymətləndirilməsi istiqamətlərində işlərin icra olunduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.