ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda yeni tədris ilinə start verilib

Bakı, 17 sentyabr, AZƏRTAC 

İnformasiya Texnologiyaları İnstitutunda 2-ci kurs magistrantların yeni tədris ilinə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslər “Zoom Meeting” proqramı vasitəsilə keçirilir. Üçüncü semestrdə magistrantlara informasiya texnologiyalarından istifadə, informasiya cəmiyyətinin əsasları, sistem və proseslərin kompüter modelləşdirilməsi, verilənlərin intellektual analizi, obyektyönümlü proqramlaşdırma, maşın təlimi metodları, etik hakinq metodları fənləri tədris olunur.

Qeyd edək ki, magistratura pilləsi üzrə 2-ci kursda 8 nəfər təhsil alır. Onların dissertasiyalarının may ayınadək tamamlanması üçün elmi rəhbərlərlə onlayn görüşlər keçirilib, elmi-tədqiqat işlərinin strukturu razılaşdırılıb, lazımi metodik vəsaitlərin elektron versiyaları magistrantlara göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.