ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “International Journal of Mathematical Research” jurnalının redaksiya heyətinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnal əməliyyatlar tədqiqi və kibernetika, kompüter riyaziyyatı, qeyri-səlis riyaziyyat, tətbiqi riyaziyyat və s. sahələrdə elmi araşdırmaları əhatə edir.
“International Journal of Mathematical Research “Pak Publishing Group” nəşriyyatına daxil olan jurnallar siyahısındadır. Nəşr “Google Scholar”, “Crossref”, “CiteFactor” və s. bazalarda indeksləşir və referatlaşdırılır.