ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rusiyada keçiriləcək konfransda çıxış edəcəklər

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu il noyabrın 30-dan dekabrın 3-dək Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində “X Milli Superkompüter Forumu” (НСКФ-2021) keçiriləcək. Tədbir çərçivəsində “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda konfrans təşkil olunacaq. Təşkilatçılardan biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans elektron idarəetmə konsepsiyasının həyata keçirilməsi üçün ixtisaslaşdırılmış hibrid hesablama sistemlərində böyük həcmli məlumatların riyazi modelləşdirilməsi və analizi metodlarının inkişaf etdirilməsinə yönəldilib.

Tədbirin seksiya iclaslarında İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri elmi məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.