ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun magistrantları test imtahanı veriblər

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində institutun magistrantları üçün kompüter mühəndisliyinin müasir problemləri, informasiya texnologiyalarının müasir problemləri fənlərindən test imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, imtahanda İTİ-nin kompüter mühəndisliyi, kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı, informasiya mühafizəsi və təhlükəsizliyi, kompüter sistemləri və şəbəkələri ixtisasları üzrə təhsil alan 6 magistrantı iştirak edib.

Magistrantlar 90 dəqiqə ərzində 50 sualı cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.