İQTİSADİYYAT


İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yeni qrant müsabiqəsi elan edəcək

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti qrant müsabiqəsini elan edəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, manatın devalvasiyası ilə bağlı yaranmış qeyri-sabitlik hökumətin informasiya texnologiyaları Fondunun maliyyələşdirilməsinə heç bir təsir göstərməyib.

“Bu il dövlət tərəfindən fond fəaliyyəti üçün nəzərdə tutulmuş 5 milyon manat ayrılıb və maliyyələşmə keçənilki səviyyədə saxlanılıb, bu onu göstərir ki, Azərbaycanda İKT sahəsinin potensialının, startap hərəkatının güclənməsinə və yerli şirkətlərin potensialının artırılmasına dövlət tərəfindən diqqət göstəriləcək və bu sahədə heç bir problem olmayacaq. Artıq ikinci müsabiqənin qalibləri müəyyən edilib və onların maliyyələşməsi davam edir. Bu ildə bu cür müsabiqələrin keçirilməsi və eyni zamanda şirkətlərə kreditlərin verilməsi gözlənilir”, - deyə nazir müavini qeyd edib.

E. Vəlizadənin verdiyi məlumata əsasən, bu günlərdə nazirlikdə müşahidə şurasının növbəti iclası keçirilib və artıq birinci qrant müsabiqəsinin qalibi olan 7 layihənin son mərhələyə çatması haqda fondun rəyləri təqdim edilib və təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.