İQTİSADİYYAT


İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

Bakı, 27 dekabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, Fondun Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə fondun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov qurumun 2018-ci ildəki fəaliyyəti üzrə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə ölkədə İKT sahəsində sahibkarlığın inkişafına dəstək olmaq məqsədilə innovativ və tətbiqi elmi-texniki layihələrin qrant maliyyələşdirilməsi davam etdirilib. Fondun keçirdiyi qrant müsabiqələrinin icra vəziyyəti barədə məlumat verilib. Hesabat dövründə İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvəkkil banklar vasitəsilə ayrılmış güzəştli kreditlər barədə də hesabat verilib.

Ölkədə startapların inkişafı, innovativ ideyalarının reallaşdırılmasına dəstək verilməsi, innovativ sahibkarlığın və yüksək texnologiyalar sahəsinin təbliği ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim edilib.

Müşahidə Şurasının üzvləri müzakirələrdə iştirak edərək hesabat dövründə fondun fəaliyyətini uğurlu saymış, fond tərəfindən həyata keçirilən innovativ layihələrin maliyyələşdirilməsi tədbirlərini yüksək qiymətləndiriblər.

İclasın yekununda Müşahidə Şurasının üzvləri Şurada beş il ərzində səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.