CƏMİYYƏT


“İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Ombudsman təsisatı tərəfindən Quba və Cəlilabad rayon Heydər Əliyev mərkəzlərində “İnsan hüquqları aylığı” çərçivəsində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə hüquqi maarifləndirici tədbirlər təşkil olunub.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Quba və Cəlilabad Rayon İcra hakimiyyətlərinin, polis, icra probasiya, təhsil şöbələrinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirlərdə Quba və Cəlilabad Regional mərkəzlərinin rəhbərləri B.Əfəndiyev və Z.İsmayılovun, Ombudsman Aparatının şöbə müdiri L.Zeynalovanın və Aparatın digər əməkdaşlarının çıxışları dinlənilib.

Çıxışlarda Ombudsmanın informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin aparılması, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.