ELM VƏ TƏHSİL


İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyinin qiymətləndirilməsi üçün indikatorlar sistemi işlənilir

Bakı, 11 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında şöbənin rəhbəri iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyinin və regional-sektorial inkişafının qiymətləndirilməsi üçün indikatorlar-meyarlar sisteminin işlənilməsi” mövzusunda məruzəsini təqdim edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Ə.Əliyev informasiya və bilik iqtisadiyyatı göstəriciləri, indeksləri və meyarları, informasiya və bilik iqtisadiyyatının sahəvi təsnifatı, informasiya və biliklər iqtisadiyyatının kompozit indeksini formalaşdıran müxtəlif indeks, subindeks və indikatorlar haqqında ətraflı məlumat verib, informasiya iqtisadiyyatının innovativ perspektivlərinin qiymətləndirilməsinin alqoritmik mərhələlərindən söz açıb.

İnformasiya və bilik iqtisadiyyatı göstəriciləri və indekslərinin işlənilməsindən bəhs edən alim iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsində müxtəlif indikatorlardan istifadə olunduğunu bildirib. Qeyd edib ki, informasiya və bilik iqtisadiyyatının ölçülməsi üzrə əsas göstərici kimi BMT Sosial İqtisadi İnkişaf Təşkilatı “Biliyə investisiya qoyuluşu” ümumiləşdirici göstəricisini təklif edib. Həmin göstərici işləmələrə, tədqiqata, ali təhsilə, informasiya-kommunikasiya texnologiyalarına və proqram təminatına olan investisiyaları əhatə edir.

Ə.Əliyev informasiya və bilik iqtisadiyyatı səviyyəsinin ölçülməsi metodikalarının müqayisəli təhlil edildiyini bildirib, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyi üzrə qiymətləndirmə nəticələrini təqdim edib.

Qeyd edilib ki, tədqiqat işində informasiya və biliklər iqtisadiyyatının kompozit indeksinin, onu formalaşdıran digər indeks və subindekslər təklif olunub, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivliyi üzrə qiymətləndirmə nəticələri təqdim edilib.

Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.