ELM VƏ TƏHSİL


İnformasiya mədəniyyətinin formalaşması problemləri istiqamətində tədqiqatlar davam etdirilib

Bakı, 10 iyun, AZƏRTAC 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-innovasiya mərkəzinin 2019-cu ilin birinci yarısı üzrə hesabatı dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova yarım il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. Qeyd edib ki, cari ildə mərkəzdə informasiya mədəniyyətinin formalaşması problemləri üzrə fərdin informasiya mədəniyyətinin zamandan asılı olaraq qiymətləndirilməsi və fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması istiqamətləri üzrə tədqiqatlar aparılıb. Bu il, həmçinin jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatlar aparılıb.

R.Mahmudova bildirib ki, qeyd olunan istiqamətlər üzrə əlin xarici əlamətlərinin təhlili əsasında jestlərin tanınması metodlarının analizi, əlin üçölçülü modelinin təhlilinə əsasən jestlərin tanınması metodlarının analizi, insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın analizi və sintezi məsələlərinin araşdırılması, eləcə də İKT əsasında qeyri-verbal texnologiyalar və cəmiyyətin inklüziv inkişafı ilə bağlı araşdırmalar aparılıb. Məruzəçinin sözlərinə görə, xarici ölkələrdə intellektual oyunların informatika fənninin tədrisinə inteqrasiyası üçün metodika işlənilib, tədrisin keyfiyyətinin qiymətləndirilməsi üçün kriteriyalar hazırlanıb və əldə edilmiş nəticələrin təcrübi yoxlanılması üçün seçilmiş məktəblərdə eksperimentlər aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.