ORDU
“İnformasiya təhlükəsizliyi” və “Fiziki təhlükəsizlik” üzrə məlumat topluları hazırlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmrinə əsasən “İnformasiya təhlükəsizliyi” və “Fiziki təhlükəsizlik” üzrə məlumat topluları hazırlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bukletlərdə nazirliyin idarə, müəssisə, hərbi hissə və digər hərbi obyektlərində internet və rabitə xidmətindən istifadə zamanı kompyuterlərin, şəxsi məlumatların qorunması üçün təhlükəsizlik və şifrə generasiya edən proqram təminatlarından istifadə qaydaları, kompyuter istifadəçilərinə müəyyən edilən təhlükəsizlik qadağaları, eyni zamanda, nazirliyə aid olan obyektlərə buraxılma qaydaları və keçirilən tədbirlər zamanı təhlükəsizlik tədbirləri əksini tapıb.