ELM VƏ TƏHSİL
İnformasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər üçün biblioqrafik göstərici tərtib olunub
Bakı, 27 avqust, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) professor, akademiyanın müxbir üzvü Məsumə Məmmədovanın həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərləri, kitabları, elmi məqalə, dərc olunmuş məruzə, rəhbərlik və opponentlik etdiyi dissertasiyalar və s. məlumatları özündə əks etdirən biblioqrafik göstərici hazırlayıb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, göstəricinin elmi redaktoru kitabxananın baş direktoru professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi isə Könül Məmmədəlilidir. Biblioqrafik göstəricisi geniş oxucu kütləsi, xüsusilə informasiya texnologiyaları sahəsində çalışan alim və mütəxəssislər, bakalavr və magistrlər, gənc tədqiqatçılar üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]