DÜNYA


İnformasiya texnologiyaları sektorunda artım ən çox Bolqarıstan, Lüksemburq və Polşada müşahidə olunur

Sofiya, 31 oktyabr, AZƏRTAC

Avropa İttifaqında informasiya texnologiyaları sektorunda artım ən çox Bolqarıstan, Lüksemburq və Polşada müşahidə olunur.

AZƏRTAC Bolqarıstan milli radiosunun yaydığı məlumatına istinadla xəbər verir ki, bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən texnologiyalar və rəqəmsal bazar konfransında çıxış edən Avropa komissarı Maria Qabriel deyib.

Bildirib ki, Avropa İttifaqında bütün dünya üzrə robotların 25 faizi istehsal olunur və elmi fəaliyyətin 20 faizi həyata keçirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.