ELM VƏ TƏHSİL


İnformasiya texnologiyaları üzrə elmi-tədqiqat aparmaq istəyənlərin nəzərinə

Bakı, 17 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutu plana uyğun doktoranturaya və dissertanturaya qəbul elan edir.

AZƏRTAC xəbər verir ki, bu barədə institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov institutun onlayn iclasında məlumat verib. O bildirib ki, sənəd qəbulu oktyabrın 7-dək davam edəcək. İnstitutda kompüter elmləri istiqaməti üzrə 2 yer (1 əyani, 1 qiyabi), sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi istiqaməti üzrə 2 yer (1 əyani, 1 qiyabi), informasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi üzrə 1 yer (qiyabi), müvafiq ixtisaslar üzrə dissertanturaya 3 yer, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 1 yer nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.