İQTİSADİYYAT
İnformasiya texnologiyaları üzrə qrant müsabiqəsinin keçirilməsi qaydalarında dəyişikliklər edilib
Bakı, 13 oktyabr (AZƏRTAC). İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası qrant vəsaiti və ya güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən informasiya texnologiyaları üzrə layihələrin icrasının monitorinqlərinin və qrant müsabiqəsinin keçirilməsi qaydalarına dəyişiklikləri təsdiq edib. Birinci qrant müsabiqəsinin təcrübəsinə əsasən, layihələrin yalnız elektron formada qəbulu və elektron imza ilə təsdiqlənməsi daha məqsədə uyğun sayılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni qaydalara görə, üç mərhələdə maliyyələşdirilən layihələrin icraçıları yekun hesabatlar təqdim etməlidirlər. Fond, həmçinin yerində yoxlamalar aparacaq və maliyyələşdirmə yalnız layihə icra planına uyğun olduğu halda davam etdiriləcək.