İQTİSADİYYAT


İnformasiya və rabitə müəssisələri 637 milyon manatlıq xidmət göstərib

Bakı, 18 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri 637 milyon manatlıq xidmət göstərib ki, onun da 71,7 faizi əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.