İQTİSADİYYAT
İnformasiya və rabitə müəssisələri iki ayda 371,7 milyon manatlıq xidmət göstərib
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri 371,7 milyon manatlıq xidmət göstərib ki, onun da 71,6 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 21,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 39,8 faizi və ya 148,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]