ELM VƏ TƏHSİL


İnformatika fənnindən imtahana hazırlaşanlar üçün seminar keçiriləcək

Bakı, 23 iyun, AZƏRTAC

Təhsil İnstitutu müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti seminar iyunun 29-da informatika fənnindən imtahana hazırlaşan şəxslər üçün təşkil olunacaq. Əyani şəkildə keçiriləcək seminarda iştirak etmək istəyən şəxslər linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində keçiriləcək seminar 2 saat davam edəcək.

Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.