İnformatika üzrə fənn olimpiadalarının final turu keçirilib
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
İnformatika üzrə fənn olimpiadalarının final turu keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, final turunda 80 şagird iştirak edib. Şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu üzrə isə 5 saat vaxt verilib. İnformatika fənnindən bütün turlar üzrə qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçirilib.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə keçirilir.
AZƏRTAC-0-
(Şah.A, GA)



Xəbərin mətnində orfoqrafik səhv var