ELM VƏ TƏHSİL


İngilis dili fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

Bakı, 10 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin üçüncü məşğələsi keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Hazırlıq kursu onlayn formatda keçirilib.

Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və magistrantlar iştirak ediblər.

Məşğələyə moderatorluq edən Nərminə Əliyeva fənn kurikulumunun müəyyən etdiyi birinci məzmun xətti (Dinləyib-anlama) üzrə dinləmə bacarıqlarının yoxlanılması üçün mətnlərin, mətn əsasında tapşırıqların və onların meyarlarının hazırlanması barədə məlumat verib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun dördüncü məşğələsi növbəti həftə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.