ELM VƏ TƏHSİL


İngilis dili müəllimi olmaq istəyənlər imtahan verirlər

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də ingilis dili fənnindən müəllimlərin işə qəbulu üzrə test imtahanları keçirilir. İmtahanda 3 min 280 namizədin iştirakı gözlənilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ingilis dili üzrə imtahanlar iyulun 12-də davam edəcək.

Qeyd edək ki, iyulun 10-da informatika və rus dili fənləri üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iki yüksək nəticə göstərilib. Belə ki, namizədlərdən ən yüksək nəticəni informatika fənni üzrə Gülbəniz İsrafilova (57 bal), rus dili fənni üzrə Həyat Əliyeva (55 bal) əldə edib.

İmtahanlar iyulun 24-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.