ELM VƏ TƏHSİL


İngilis dili müəllimlərinin tədris bacarıqları təkmilləşdirilir

Bakı, 9 yanvar, AZƏRTAC

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində dil təkmilləşdirmə təlimləri keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.

“British Council” təşkilatının peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis imtahanının nəticələrinə əsasən, Yasamal, Nizami, Nərimanov və Nəsimi rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində həyata keçirilir.

Təlimləri uğurla başa vuran müəllimlər “Uğur üçün tədris” (SPEX) layihəsinin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb ediləcəklər.

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.