ELM VƏ TƏHSİL


İngilis dilində olan “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında məqalələr yaradılıb

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, ingilis dilində olan “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Ələkbər ƏliyevFəxrəddin Şahbazov və Sərxan Ocaqverdiyev haqqında məqalələr yerləşdirilib. Məqalələrdə Milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə məlumatlar əksini tapıb.

“Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən müxtəlif dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.