ELM VƏ TƏHSİL


İngilis dilini veb-saytlarla öyrənin

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ölkə elminin inkişafı və alimlərin fəaliyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində kompleks tədbirlər görülür. Müasir dövrdə tədqiqatlar apararkən nüfuzlu elmi bazalardan, jurnallardan istifadə etmək, dünya təcrübəsi ilə tanış olmaq və daha səmərəli elmi fəaliyyətlə məşğul olmaq üçün ingilis dilini bilmək ən vacib məsələlərdəndir.

Bu məqsədlə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “İngilis dilini öyrənmək istəyənlər üçün veb-saytlar” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, mərkəzin əməkdaşı İlahə İsmayılzadə ingilis dilinin tədrisini həyata keçirən, müxtəlif xüsusiyyətlərə malik çoxsaylı internet resursları barədə məlumat verib. “LinguaLeo” və “Puzzle English” saytları haqqında danışan İ.İsmayılzadə qeyd edib ki, bu kimi veb-saytlarda tədris prosesini effektiv etmək məqsədilə gündəlik olaraq istifadəçinin e-poçt ünvanına fərdi tapşırıqlar göndərilir. Bu resurslarda söz və söz birləşmələrini, qrammatikanı öyrənmək, ingilis dilində məqalələr oxumaq, mahnılar dinləmək, paralel olaraq mətnlə birgə təqdim edilən videolara baxmaq mümkündür. “DuoLingo” internet resursu isə dünyada dilin tədris kateqoriyasında yer alan ən populyar saytlardan biridir və öyrənməyə yeni başlayanlar üçün universaldır. “EngVid”, “BBC Learning English”, “British Council”, “MyEnglishTeacher” saytları isə əsasən müəyyən dil biliklərinə malik olanlar üçün məqsədəuyğundur.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.