MƏDƏNİYYƏT
İngilis dramaturqunun pyesi növbəti dəfə teatrın səhnəsində
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan ikihissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Nicat Kazımov, Aslan Şirin, Mehriban Xanlarova, Kazım Abdullayev, aktyorlar Rəşad Bəxtiyarov, Mətləb Abdullayev, Rövşən Kərimduxt, Şəlalə Şahvələdqızı, Şəhla Əliqızı, Vüsal Mustafayev, Dilarə Nəzərova ifa ediblər.
Maraqlı hadisələrlə zəngin tamaşa, hərəkətli dekorasiya, musiqi və aktyor ifası ilə izləyicilər tərəfindən alqışlarla qarşılanıb.