DÜNYA


İngilis yazıçı Rozamund Pilçer 94 yaşında vəfat edib

London, 8 fevral, AZƏRTAC

Əsərləri dünyada beş milyon nüsxədən çox satılan məşhur ingiltərəli xanım yazıçı Rozamund Pilçer 94 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, R.Pilçer 1989-cu ildə Amerikada ən çox kitabı satılan yazıçı olub. O, “Bir sirr deyin”, “Balıqqulağı axtaranlar” kimi əsərlərin müəllifidir.

Yeddi yaşından hekayələr yazmağa başlayan Rozamund 1955-ci ildə ilk romanını çap etdirib.

2002-ci ildə Britaniya Turizm Mükafatına layiq görülüb.

Pilçerin romanları və qısa hekayələri 100-dən çox filmə uyğunlaşdırılıb.

 

 Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.