DÜNYA


İngiltərə Bankının sədri rezerv valyuta kimi dollardan imtina etməyi təklif edib

Bakı, 24 avqust, AZƏRTAC

İngiltərə Bankının sədri Mark Karni rezerv valyuta kimi dollardan imtina etməyi təklif edib. AZƏRTAC The Guardian nəşrinə istinadla xəbər verir ki, ölkənin baş bankiri bununla bağlı deyib: “Dünyanın rezerv valyuta kimi dollardan asılılığı yüksək risklər yaradır və yeni – alternativ rəqəmsal valyuta seçməyin vaxtıdır”.

“Çoxqütblü dünyaya çoxqütblü valyuta lazımdır” deyən Karni əlavə edib ki, dünyada müəyyən edilən əmtəə səbəti əsasında tənzimlənəcək elektron valyuta bir sıra ölkələrin sıfır və ya mənfi faiz dərəcələrini dəstəklədiyi, eyni zamanda, xüsusən ABŞ-ın müsbət faizlərə keçdiyi pul-maliyyə sistemini tarazlayacaq.

İngiltərə Bankının sədri əlavə edib ki, ticarət müharibələri bütün dünyada sahibkarlara ciddi problemlər yaradır. Onun sözlərinə görə, avtomobil sənayesi, polad və texnologiyaların tədarükü üzrə zəncirin halqasının qopması bu müharibədə iştirak edən dövlətlərə də böyük zərbə vurur.

Mark Karninin bu bəyanatından sonra iqtisadçılar ABŞ-ın Federal Rezerv Fondunun müvafiq reaksiyasını gözləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.