İDMAN


İngiltərə Futbol Assosiasiyası “Fulhem” klubunu cərimələyib

İngiltərə Futbol Assosiasiyası “Fulhem” klubunu cərimələyib

Bakı, 25 yanvar, AZƏRTAC

İngiltərənin “Fulhem” klubu “Çelsi”yə qarşı matçda futbolçularının davranışına görə 27 min 500 funt sterlinq məbləğində cərimələnib.

AZƏRTAC xəbər verir ki, “Fulhem”in oyunçuları sözügedən matçın 57-ci dəqiqəsində “Çelsi”nin yeni transferi Jao Feliksin qayda pozuntusuna sərt etirazlarını bildiriblər. Futbolçuların nizam-intizam qaydalarını pozması səbəbindən yerli futbol assosiasiyası klubu məhkəmə qərarı əsasında cərimələyib.

Qeyd edək ki, sözügedən matçda Jao Feliks kobud oyundan sonra debüt matçında qırmızı vərəqə alaraq meydandan qovulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.