DÜNYA


İngiltərə Mərkəzi Bankı 20 funt sterlinqlik əsginaslar buraxacaq

London, 10 oktyabr, AZƏRTAC

İngiltərə Mərkəzi Bankı yeni 20 funt sterlinlik əsginaslar buraxacaq.

AZƏRTAC xəbər verir ki, yeni əsginaslar gələn ilin fevralın 20-də dövriyyəyə buraxılacaq.

Rəssam Turnerin və onun “Temeraire Müharibəsi” adlı əsərinin təsvir olunduğu yeni banknotda iki görünən pəncərə və metal bir holoqram olacaq.

Bank hazırlanan yeni əsginası ən etibarlı dizayn kimi təsvir edir.

Yeni əsginas iqtisadçı Adam Smitin təsvir edildiyi köhnə 20 funt sterlinqi əvəzləyəcək.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.