İDMAN


İngiltərə Premyer Liqası: “Arsenal” - “Liverpul” oyununda qalib müəyyənləşməyib

Bakı, 4 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 3-də İngiltərə Premyer Liqasının 11-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Londonda oynanılıb. "Arsenal" "Liverpul" klubunu qəbul edib. Oyuna hər iki hücumlarla başlayıb. Buna baxmayaraq, birinci hissədə hesab açılmayıb.

Fasilədən sonra daha üstün oyun nümayiş etdirən qonaqlar matçın 61-ci dəqiqəsində hesabı açıb. Qapıçının qaytardığı topu Ceyms Milner qüvvətli zərbə ilə qapıdan keçirib - 0:1. Qarşılaşmanın əsas vaxtının başa çatmasına səkkiz dəqiqə qalmış Aleksandr Lakazzet hesaba tarazlıq gətirib - 1:1. Görüş bu hesabla da başa çatıb.

Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:

"Bournemouth"-"Mançester Yunayted" - 1:2

"Kardiff"-"Lester Siti" - 0:1

"Everton"-"Brighton" - 3:1

"Nyukasl"-"Vatford" - 1:0

"Vest Ham"-"Burnley" - 4:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.