İDMAN


İngiltərə Premyer Liqası: “Lids” doğma divarlar arasında “Tottenhem”i məğlub edib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunun növbəti oyununda “Lids Yunayted” komandası öz meydanında “Tottenhem”i qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Oyunda hesabı erkən qolla ev sahiblərinin heyətində Stüart Dalla fərqlənib. Matçın 25-ci dəqiqəsində London təmsilçisi hesaba tarazlıq gətirib. Son Xın-Min Delle Allinin ötürməsini qola çevirib. Lakin birinci hissənin başa çatmasına üç dəqiqə qalmış meydan sahibləri yenidən hesabda önə keçiblər. Cari mövsüm komandanın Premyer Liqada ən sərrast hücumçusu Patrik Bamford adını tabloya yazdırıb. İlk hissə “Lids Yunayted”in 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra hücumların kəsərini artıran “Tottenhem” oyunda üstün olsa da, bu, londonlulara kömək etməyib. Əksinə, qonaqlar, öz qapılarında üçüncü qolu görüblər. Rəqibini əks-hücumda yaxalayan “Lids Yunayted”in forvardı Rodriqo oyunda son nöqtəni qoyub – 3:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Bu qələbə sayəsində xal ehtiyatını 50-yə çatdıran “Lids Yunayted” turnir cədvəlində doqquzuncu yerə yüksəlib. “Tottenhem” isə 56 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda “Tottenhem” öz meydanında “Volverhemton” komandasını qəbul edəcək. “Lids Yunayted” isə səfərdə “Börnli” komandasının qonağı olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.