İDMAN


“Liverpul” Premyer Liqanın cari mövsümündə 22-ci qələbəsini qazanıb

Bakı, 24 yanvar, AZƏRTAC

Bu gün İngiltərə Premyer Liqasının 24-cü turunun sonuncu oyununda turnir cədvəlinin hazırkı lideri “Liverpul” səfərdə “Volverhemton” klubunun qonağı olub.

AZƏRTAC xəbər verir ki, görüşdə 2:1 hesabı ilə qalib gələn “Liverpul” məğlubedilməzlik seriyasını 40 oyuna çatdırıb. Qonaqların heyətində Cordan Hendersson (8) və Roberto Firmino (84) fərqləniblər. Ev sahiblərinin yeganə qolunu isə Raul Ximenes (51) vurub.

Bu, İngiltərə Premyer Liqasının cari mövsümündə “Liverpul”un 14-cü, ümumilikdə isə 22-ci qələbəsidir. Cəmi bir görüşdə heç-heçə edən və bir oyun az keçirən Yurgen Kloppun yetirmələri 67 xalla çempionata başçılıq edirlər. “Liverpul”un ən yaxın izləyicisi “Mançester Siti”nin 51, üçüncü pillədə qərarlaşan “Lester Siti”nin isə 48 xalı var.

Qeyd edək ki, “Liverpul” bu görüşdə qalib gəlməklə həm də məğlubiyyətsizlik seriyasını 40 oyuna çatdırıb. Premyer Liqada bu göstərici üzrə rekord “Arsenal” klubuna məxsusdur. 2003-2004-cü il mövsümündə 49 oyunda uduzmayan “Topçular” ardıcıl ikinci dəfə çempion olmuşdular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.