İDMAN


İngiltərə Premyer Liqası: “Liverpul” beş turdan sonra maksimum xal toplayıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda maraqla gözlənilən qarşılaşmalardan biri Liverpulda keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” komandası “Nyukasl Yunayted”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Qolları qonaq komandanın qapısına Sadio Mane (2) və Məhəmməd Salah vurub.

“Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb. Beş oyundan 15 xal toplayan liverpullular turnir cədvəlinin yeganə lideridir. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.

“Norviç siti” ilə səfər oyunu keçirən “Mançester Siti” qapısından iki cavabsız top buraxıb. Hazırda matçın birinci hissəsi oynanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.