İDMAN


İngiltərə Premyer Liqası: “Liverpul” çempionatı qələbə ilə başlayıb

Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün I turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyun gününün növbəti oyununda son çempion “Liverpul” öz meydanında debütant “Lids Yunayted” komandasını qəbul edib.

Məhsuldarlığı ilə seçilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul”un heyətində Məhəmməd Salah (4, 33, 88), Viljil van Deyk (20), “Lids Yunayted”in isə Jak Harrison (12), Patrik Bamford (30) və Mateusz Kliç (66) fərqləniblər.

Günün digər görüşündə “Kristal Palas” öz meydanında “Southemton” komandasını (1:0), “Arsenal” isə səfərdə “Fulhem” klubunu məğlub edib - 3:0.

Turun ilk oyun gününün son görüşü “Vest Ham Yunayted” və “Nyukasl Yunayted” komandaları arasında olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.