İDMAN


İngiltərə Premyer Liqası: London derbisində “Çelsi” qalib gəlib

Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasında dördüncü turun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Uembli” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Tottenhem” və “Çelsi” klubları üz-üzə gəlib.

Görüş “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Tomas Tüxelin yetirmələrinin heyətində Tiaqo Silva, Nqola Kante və Antonio Rudiger fərqləniblər.

Bu qələbə sayəsində “Çelsi” xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Tottenhem” isə 9 xalla yeddinci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.