İDMAN


İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal” klubunu məğlub edib

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də İngiltərə Premyer Liqasının birinci turunun sonuncu oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion “Mançester Siti” doğma meydanda “Arsenal” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab 14-cü dəqiqədə açılıb. Rəhim Sterlinq rəqibin üç müdafiəçisini keçərək qapıya dəqiq zərbə vurub - 1:0. Qoldan sonra irəli atılan qonaqlar Pep Qvardiolanın yetirmələrinin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq hesab dəyişilməyib.

Fasilədən sonra hücumlarını davam etdirən “Mançester Siti” 77-ci dəqiqədə ikinci topu qonaqların qapısından keçiriblər. Benjamen Mendinın künc zərbəsindən ötürməsini Bernardo Silva qolla tamamlayıb - 0:2. Bu qol oyunda sonuncu olub. Beləliklə, “Mançester Siti” İngiltərə Premyer Liqasının birinci turunda ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Arsenal” növbəti turda səfərdə "Çelsi" klubu ilə, "Mançester Siti" isə doğma meydanda "Hadesfild" komandası ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.