İDMAN


İngiltərə Premyer Liqası: “Mançester Siti” “Liverpul”a qarşı

Bakı 3 yanvar, AZƏRTAC

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun mərkəzi qarşılaşması keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinə 54 xalla liderlik edən “Liverpul” ikinci pillədə 47 xalla qərarlaşan “Mançester Siti” komandasını qəbul edəcək. “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar arasında ilk dövrədə keçirilən oyunda qolsuz heç-heçə qeydə alınıb.

Ümumilikdə, komandalar İngiltərə Premyer Liqasında 163 dəfə üz-üzə gəliblər. Onların 78-də “Liverpul”, 42-də isə “Mançester Siti” komandası qalib gəlib. Qırx bir oyunda qalib müəyyənləşməyib.

Oyun öncəsi təşkil olunan mətbuat konfransında “Liverpul” klubunun baş məşqçisi Yurqen Klop deyib: “Bizi çətin oyun gözləyir. “Mançester Siti” ən yaxşı baş məşqçiyə malik bir klubdur. Biz bu oyundan qorxmuruq, meydana çıxıb öz oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Qələbə qazana bilsək çempionluq yolunda böyük addım atmış oluruq. Düşünürəm ki, Pep Qvardiolanın komandası dünyanın ən güclü kollektividir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.