İDMAN


İngiltərə Premyer Liqası: “Mançester Siti” cari mövsümdə ilk məğlubiyyətə uğrayıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda “Mançester Siti” səfərdə “Norviç Siti” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 3:2. Hesabı 18-ci dəqiqədə “Norviç Siti”nin yarımmüdafiəçisi Kenni Maklin açıb. Birinci hissənin ortalarında Todd Kantvel hesabı 2:0-a çatdırıb. 45-ci dəqiqədə qonaqların hücumçusu Serxio Aquero buraxılan toplardan birinin əvəzini çıxıb.

İkinci hissənin əvvəlində meydan sahiblərinin hücumçusu Teemu Pukki rəqib qapısından daha bir top keçirib. 88-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Rodriqe Ernandes hesab arasındakı fərqi azaldıb.

Bu, şəhərlilərin cari mövsümdə ilk məğlubiyyətidir. Pep Qvardioalının komandası əvvəlki turlarda üç qələbə qazanıb, bir oyunu heç-heçə başa vurub.

“Nyukasl” klubunu 3:1 hesabı ilə məğlub edən “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanaraq turnir cədvəlinin birinci pilləsindəki yerini möhkəmləndirib. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.

Bu gün keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Brayton” - “Börnli” - 1:1,

“Volverhemton” - “Çelsi” - 2:4,

“Mançester Yunayted” - “Lester Siti” - 1:0,

“Tottenhem” - “Kristal Palas” - 4:0,

“Şeffild Yunayted” - “Sothempton” - 0:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.