İDMAN
İngiltərə Premyer Liqası: “Mançester Siti” komandası ilk oyunda səfərdə böyük hesablı qələbə qazanıb
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu çempionu “Mançester Siti” komandası cari mövsümdə ilk oyunda səfərdə “Uest Hem” ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 0:5. “Şəhərlilər”in hücumçusu Rahim Sterlinq yeni mövsümə het-triklə başlayıb. Qabriel Jesusun 25-ci dəqiqədə hesabı açdığı görüşdə Rahim Sterlinq 51-ci, 75-ci və 90-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Digər qolu isə meydana yeni daxil olan Serxio Aqüero 86-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurub.
Xatırladaq ki, “Mançester Siti”nin əsas rəqiblərindən olan “Liverpul” Premyer Liqanın açılış görüşündə doğma meydanda “Norviç” klubuna 4:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]